Deputat Arzuxan Əlizadənin adından saxta hesab açılıb

27.08.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadənin adından və şəklindən istifadə olunaraq saxta hesablar yaradılıb.
Newscenter.az xəbər verir ki, bu barədə AMİP mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, müxtəlif nömrələrdən (məsələn: +994 77 380 18 95) Arzuxan Əlizadənin adından vətəndaşlara saxta mesajlar göndərilir.
​
"Xahiş edirik ki, bu cür saxta profillərdən gələn mesajları açmayasınız, heç bir linkə keçid etməyəsiniz və nömrəni dərhal bloklayaraq şikayət edəsiniz. Şəxsi məlumatlarınızın təhlükəsizliyi üçün hər hər hansı şübhəli məzmuna inanmayın",-deyə AMİP bildirir.

Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью