Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Parlament sözü fransız dilindəki “parler”dən gəlir və mənası danışmaq deməkdir.
Yəni, əslində deputatın əsas vəzifələrindən biri danışmaqdır.
Deputat öz seçicisinin yanında olmalı, onların problemlərini ictimailəşdirməli, müvafiq instansiyalara çatdırmalıdır.
Təəssüf ki, Milli Məclisin deputatları arasında elələri var ki, onlar nəinki seçicilərinin yanındadırlar, heç danışmağa həvəsləri yoxdur.
Belə deputatlardan biri 112 saylı Zaqatala seçki dairəsindən mandat əldə etmiş Asif Əsgərovdur.İcra başçısı kreslosunu parlamentarlığa dəyişən Asif müəllim bu günlərdə Milli Məclisin ən aktiv deputatı kimi diqqət çəkməliydi.
Axı Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış təyyarəmizdə ölən və yaralananlar arasında Zaqatala sakinləri də az deyil - 6 nəfər.
Onlar həm də 112 saylı Zaqatala seçki dairəsindən olan seçicilərdir.
Asif Əsgərov bölgənin deputatı olaraq bu ağır günlərdə təyyarə qəzasında zərərçəkən zaqatalalı ailələrin yanında olmalı, onlara maddi demirik, ən azı mənəvi dəstək verməliydi...Deputat bunu etdimi?..