Deputat Asiya Parlament Assambleyasının iclasına gedir

04.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak etmək üçün noyabrın 4-də Qətər Dövlətinin Doha şəhərinə səfər edəcək.

Modern.az-ın məlumatına görə, iclasda assambleyanın maliyyə və  planlaşdırma məsələləri nəzərdən keçiriləcək, həmçinin bəzi təşkilati işlərə baxılacaq. Səfər noyabrın 7-də başa çatacaq

Asiya Parlament Assambleyasının əsası 2006-cı ildə qoyulub, 43 üzvü var.
Azərbaycan bu quruma 2024-cü ildən sədrlik edir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью