Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev noyabrın 26-da Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində deputat ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin “ATƏT-in iqtisadi və ətraf mühit ölçüsünün təsiri – nəticələr və əldə edilmiş təcrübələr” mövzusunda keçiriləcək iclasında iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı çıxış edəcək.
Səfər noyabrın 28-də başa çatacaq.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin