Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paşinyanın diktaturasını görməzliyə vurur“Paşinyan müxalifəti və Kilsəni məhv edir, Avropa isə alqışlayır” Ermənistan hakimiyyəti müxalifət partiyalarının üzvlərini, deputatları, fəalları və hətta Kilsənin yüksək dini rütbəli şəxslərini "terror", "çevriliş planı" kimi ittihamlarla həbsə atıb.
Ölkədə siyasi repressiyalar artıq epizodik deyil, sistemli xarakter alıb.
Dinc etiraz aksiyaları polis zorakılığı ilə dağıdılır, iştirakçılar inzibati və cinayət məsuliyyətinə cəlb olunur.
Saxlanılmalar zamanı hüquqi prosedurların kobud şəkildə pozulduğunu göstərən çoxsaylı faktlar mövcuddur.
Beynəlxalq və yerli hesabatlara görə, Ermənistanda 2024-2025-ci illərdə media və ifadə azadlığı sahəsində ciddi pozuntular qeydə alınıb.
İlin ilk yarısında mediaya və jurnalistlərə qarşı ən azı 29 məhkəmə işi açılıb.
Bu, təkcə fərdi jurnalistlərin deyil, həm də müstəqil xəbər mənbələrinin və tənqidi media orqanlarının "susdurulması" anlamına gəlir.