Deputat: Azərbaycanda könüllülük fəaliyyətinə maraq ildənilə artır

18.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycanda könüllülük fəaliyyətinə marağın ildən-ilə artdığı müşahidə olunur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29 iqlim çempionu Nigar Arpadarai “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, COP29 dönəmində könüllü olmaq üçün bir gün ərzində doqquz min nəfər qeydiyyatdan keçib:

"COP29 dövründə 16 min gənc könüllü qeydiyyatdan keçib. Onlardan üç min nəfəri könüllü kimi fəaliyyət göztərib. Amma bir gün ərzində doqquz min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçməsi bizi təəccübləndirmişdi. Bu onu göstərir ki, könüllülərin aktivliyi gözlənildiyindən daha yüksəkdir".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью