Deputat Azərbaycanla bağlı sevindirən xəbəri açıqladı: Artım var!

30.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90 milyard dolları ötüb.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar olduğu halda, 2026-cı ildə bu göstərici 90 milyard dollardan çox olub.

Deputatın sözlərinə görə, Azərbaycan strateji valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı dövlətlər sırasındadır. Valyuta ehtiyatları ölkənin illik ÜDM-ni 12 faiz üstələyir və bu göstəriciyə görə Azərbaycan dünyada ilk onluqda yer alır. Sezar pizza

Vüqar Bayramov hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivinin olduğunu, Mərkəzi Bankın ehtiyatlarının isə 2025-ci ilin sonunda 11,5 milyard dollardan 2026-cı ildə 15,3 milyard dollaradək yüksəldiyini bildirib.

Onun sözlərinə görə, valyuta ehtiyatlarının artması ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşdığını göstərir.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью