Deputat Bədəl Bədəlov seçicilərlə daha bir görüş keçirdi FOTOLAR

19.04.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Milli Məclisin deputatı Bədəl Bədəlov 19 aprel 2025-ci il tarixdə Naftalan şəhərində seçicilərlə növbəti dəfə görüş keçirib. 

"Unikal" xəbər verir ki, görüş zamanı qaldırılan məsələlər diqqətlə dinlənilib, həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılıb.

Müraciətlər əsasən işlə təmin olunmaq, yardımlar və sosial problemlərlə  bağlı olub. Bəzi məsələlər yerindəcə həll edilib, digər məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub. 
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью