Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Milli.Az bildirir ki, Milli Məclisin deputatı Cavanşir Paşazadə Suriyanın devrilmi
Saytımıza açıqlamasında Cavanşir Paşazadə deyib: "Bəşər Əsəd 2009-cu ilin iyulunda ölkəmizə rəsmi səfər etmişdi.
Səfəri çərçivəsində o, Milli Məclisə də ziyarətə gəldi. Mən həmin dövrdə Azərbaycan-Suriya Parlamentlərarası əlaqələr komitəsinin sədriydim.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə mən onu qarşıladıq. Görüş zamanı hər hansı ciddi məsələ müzakirə edilmədi.
Milli Məclisin iclas zalına baxdı. Parlamentin apardığı siyasətlə bağlı suallar verdi. Başqa heç nə olmadı".
Cavanşir Paşazadə Suriyada baş verən son hadisələri şərh etməyin hələ tez olduğunu bildirib.
"Burada İsrail, Rusiya və bir sıra digər faktorlar var. Hələlik məsələni şərh etməyim tezdir", - o deyib.
Milli.Az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.