Deputat: Bir milyarda yaxın uşaq iqlim dəyişmələri təsirlərindən “son dərəcə yüksək risk” …
Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq. “İqlim dəyişikliyinin təsirindən kənarda qalmayan uşaqlar və gənclər çox vaxt iqlim siyasə
Halbuki iqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir.
Təəssüf ki, bir milyarda yaxın uşaq, yəni dünyanın uşaq əhalisinin yarısı iqlim dəyişmələri təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır”.
“Yeni Gundem” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Milli səviyyədə müəyyən edilmiş töhfələrdə uşaq və gənclərin iştirakı: Tərəqqi və nailiyyətlər mövzusunda tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Nigar Məmmədova deyib.
O deyib ki, uşaqlar və gənclər yalnız müşahidəçi olmaqdan imtina etməlidir: “Gənc liderlər və fəallar iqlimlə bağlı təcili tədbirlərə çağıran iqlim kampaniyaları təşkil edirlər.
Lakin onların qərar qəbul etmə prosesinə daxil edilməsini təmin etməliyik”.
NDC-də uşaq və gənclərin iştirakı barədə danışan Nigar Məmmədova deyib ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) gənclərin daha çox iştirakı bütün cəmiyyətin maraqlı tərəflərinin daha inklüziv iştirakını təmin edəcək: ”Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) ən isti ilin ardınca gələcəyimizin necə olacağına qərar verəcək.
Nəzərə alsaq ki, NDC-lər ölkələrin qlobal iqlim hədəflərinə töhfə verən əsas mexanizmdir, bu mənada gənclərin qərar qəbuletmə proseslərində fəal iştirakı ilə təsirli və davamlı nəticələr əldə edilə bilər.
Tam oxu
Xəbəri oxu