Deputat: Bir sıra terminlərin dəqiqləşdirilməsinə ehtiyac var

22.04.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Palatanın hesabatında bir sıra terminlərin dəqiqləşdirilməsinə ehtiyac var". 

Bakıvaxtı.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatı Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə,  hesabatda daha çox istinad edilən terminlərdən biri də səmərəsiz xərclərdir.  

Qeyd edib ki, Palata bunu ehtiyatlardan müəyyən edilmiş nəticələrin (hədəflərin) və ya mövcud ehtiyatlardan daha yaxşı nəticələrin əldə edilməsini təmin etməyən istifadə kimi xarakterizə edir: 

"Amma daha yaxşı nəticələrin əldə edilməsinin təminatı necə müəyyənləşir və bunun üçün hansı meyarlar var? Burada ölçülə bilən meyarlardan istifadə çox vacibdir. Eyni ilə “kafi əminlik” və ya “məhdud əminlik” terminlərinin izahatı anlaşılan deyildir".

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью