Deputat: “Biz onsuz da istəyimizə nail olacağıq”

23.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son günlər Ermənistan sülh prosesi ilə bağlı dəyişkən mövqeyi birmənalı qəbul edilə bilməz. Ermənistan sülhü öz daxili siyasətinin alətinə çevirmək istəyir. Bir həftə əvvəl deyirdilər ki, sülh 2031-ci ilə qədər, ötən gün isə 2027-2028-ci ilə qədər imzalanmalıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Kamal Cəfərov deyib. Deputat əlavə edib ki, Ermənistan sülh istəyirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

“Biz onsuz da istədiyimizə nail olacağıq. Amma Ermənistan və erməni əhalisi bilməlidir ki, sülh daha çox onlara lazımdır. Azərbaycan mövqeyini birmənalı şəkildə ifadə edib və müharibədən sonra da ilk olaraq sülh təşəbbüsü ilə Azərbaycan çıxış edib”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью