Deputat: Bu ciddi məsələdir, xeyli adamı çəkindirəcək

17.06.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Digər ölkələrdə də Mərkəzi Bank bu məsələlərdə aparıcı rol oynasa da, amma bu qanun layihəsində ifrat mərkəzləşmə hiss olunur. Bu ifrat mərkəzləşmə qanunun dolğun şəkildə reallaşmasına mane olmayacaq?".

Ölkə.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

“Burada risklərin idarəedilməsi ilə bağlı maddələr var və onu müsbət qiymətləndirirəm. Amma bura Azərbaycandır və orada olan sərt mərkəzləşdirilmiş rejim xeyli adamı investisiya qoymaqdan çəkindirəcək. Bu çox ciddi məsələdir”, - deyə deputat bildirib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью