Deputat bu oyunların qadağan olunmasını təklif etdi

22.01.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Vüqar İskəndərov təhlükəli kompüter oyunlarının qadağan olunmasını təklif edib.

Gununsesi.info xəbər verir ki, deputat belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Vüqar İskəndərov deyib ki, vacib məsələlərdən biri gənclərin zərərli vərdişlərdən qorunması ilə bağlıdır:

“Xüsusilə son illərdə yeniyetmə və gənclər arasında sürətlə yayılan, texnologiyanın gətirdiyi yeni risklər mövcuddur. Bu risklərdən biri də təhlükəli kompüter oyunlarıdır. Bu gün həmin mövzu ilə bağlı televiziya efirində müzakirə aparılması da problemin aktuallığını göstərir. Bu məsələ zahirən sakit görünsə də, əslində, olduqca təhlükəlidir. Çünki uşaqlar və gənclər hazırda daha çox virtual mühitdə formalaşırlar, saatlarla kompüter və mobil cihazlar qarşısında vaxt keçirirlər. Dünyada məşhur olan, lakin bir çox ölkələrdə qadağan edilmiş oyunlar var ki, bu gün Azərbaycanda hələ də açıq şəkildə əlçatandır. Bu oyunların bəzilərində yaş məhdudiyyəti yoxdur, xüsusi ünsiyyət platformaları mövcuddur və azyaşlılar böyüklərlə birbaşa əlaqəyə girə bilirlər. Zərərli vərdişlər anlayışı təkcə narkomaniya və digər klassik problemlərlə məhdudlaşmamalı, texnologiyanın yaratdığı yeni risklər də bu çərçivədə nəzərə alınmalıdır. Bu baxımdan düşünürəm ki, komitəmiz gələcəkdə qanunvericilik təşəbbüslərində, sosial proqramların hazırlanmasında və ictimai tədbirlərdə bu məsələlərlə bağlı öz tövsiyə və təkliflərini verə bilər, aidiyyəti qurumlarla əməkdaşlıq edərək bu sahədə töhfə göstərə bilər”. (Apa)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью