Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 17-də keçirilən iclasında deyib.
O təklif edib ki, uşaqlar arasında hələ də rast gəlinən nadir xəstəliklər icbari tibbi sığorta zərfinə salınsın.
“Elə xəstəliklər var ki, bu gün onlar xidmətlər zərfinə daxil deyil. Lakin yaxşı olardı ki, yeni dövlət proqramları çərçivəsində həmin məsələlərin həllinə nail olaq. Büdcə layihəsi Milli Məclisdə müzakirə oluna zaman da bu məsələni qaldıracam”, - deputat vurğulayıb.
S.Məmmədovun sözlərinə görə, vaxtilə yaradılan dövlət proqramlarının məqsədi də talassemiya və digər xəstəliklərlə bağlı problemlərə diqqəti artırmaq idi. “Bu gün autizmlə bağlı problemlər var. Bunun həlli istiqamətində addımlar atılmalıdır”.
Mürtəza