Deputat Cavanşir Feyziyev TÜRKPA nın tədbirində iştirak edəcək

05.06.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Milli Məclisin deputatı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev həmin komissiyanın 13-cü iclasında iştirak etmək məqsədilə iyunun 6-da Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, deputatımız “TÜRKPA-ya üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmləndirilməsində yerli idarəetmənin rolu” mövzusuna həsr olunmuş iclasda üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, komissiyanın hesabatı və tövsiyə layihələri barədə müzakirələrdə iştirak edəcək.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью