Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən Milli Məclisin iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev alternativ hərbi xidmətə müraciət edənlərin sayını açıqlayıb.
Deputat vurğulayıb ki, bu gün təxminən 15-16 belə vətəndaşımız var.
Komitə sədri onu da əlavə edib ki, bunlar Yehovanın Şahidləri dini qurumlarına məxsusdur.
Görəsən, gələcəkdə bu imkandan digər Azərbaycan vətəndaşlarının da yararlanması nə dərəcədə realdır?
Məsələ ilə bağlı Teleqraf.com-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda alternativ hərbi xidmətlə bağlı qanun yoxdur: "O zaman ortaya sual çıxır, qanun yoxdursa, bundan necə istifadə etmək olar?
Azərbaycan qanunvericiliyində boşluqlar var. Tutaq ki, vətəndaş 17 yaşında ölkə xaricinə gedir və 15 il sonra vətənə qayıdır.
Son xidmət yaşı 30 təsdiq edildikdən sonra bu məsələni necə tənzimləyəcəklər?