Deputat: Distant təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır

27.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan distant (onlayn) təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır.

“Report” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu il 10 min nəfər, gələn il isə 200 min nəfər üçün qısamüddətli onlayn təlim təşkil edəcək. Bu kurslar ölkədə insan kapitalının formalaşmasına, məşğulluğun artırılmasına dəstəkdir. Biz bunu stimullaşdırmalıyıq. Onlayn təhsil alan insanların vergi yükünün azaldılması vacibdir. Bununla distant təhsilin genişlənməsinə şərait yarada bilərik", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью