Deputat: Dünyada çox az ölkə var ki, Azərbaycanın etdiklərini həyata keçirə bilsin | Icma.…
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Azərbaycanın həm Avropa, həm də Asiyanın ortasında yerləşən qədim tarixi bir ölkə kimi fər
COP29 ölkələrə yaşıl iqtisadiyyata keçid üçün inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdən maliyyə dəstəyi alması baxımından da ç
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, Azərbaycan iqlim dəyişmələrinə qarşı illərdir mübarizə apardığını və bu mənada da COP29-a möhtəşəm şəkildə ev sahibliyi edə bildiyini vurğulayıb: "Dünyada çox az ölkə var ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı etdiklərini həyata keçirə bilsin.
Təbii ki, ölkə başçısı İlham Əliyevin verdiyi mesajlar da çox önəmlidir və dünya bu mesajlardan dərs çıxarmalıdır".
Deputat qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi artıq ölkəmizin uğur hekayəsidir: "Tədbirin Bakıda keçirilməsi Azərbaycana göstərilən çox böyük etimad kimi qiymətləndirilməlidir.
Halbuki Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib və təşkilatçılığı ilə seçilib.
196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident, vitse-prezident, baş nazir olması çox önəmli hadisədir və bu göstərici Azərbaycanın uğurundan və dünya ölkələri arasında artan nüfuzundan xəbər verir.
Tam oxu
Xəbəri oxu