Deputat Elgünün ölümü barədə: Düşünəcəklər ki, qatilləri azadlıqda gəzir | Icma.az
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Hər bir gəncin ölümü çox üzücü və ağırdır.
Onun ailəsi, yaxınları üçün sağalması mümkün olmayan travma deməkdir.
Ötən gün Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlaması oldu.
Bu məsələyə aydınlıq gətirildi ki, həmin şəxs qəsdən öldürülməyib".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev Elgün İbrahimovun ölümü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bir çox hallarda istintaqın nəticəsi gözlənilmədən dərhal müxtəlif fərziyyələr irəli sürülür ki, bu fərziyyələr bir çox hallarda həmin gəncin ailəsinin dərdinin üzərinə əlavə dərd gətirir: "Məsələn, onun valideyni fikirləşəcək ki, oğlumu öldürüblər, amma onun qatilləri azadlıqda gəzir və s.
Son vaxtlar uzun illər bağlı qalmış çoxlu sayda qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb.
Cinayətin qurbanlarının yaxınları təskinlik tapıblar ki, ədalət öz yerini tapdı.
Tam oxu
Xəbəri oxu