Deputat Elman Nəsirov barəsində yayılanlara cavab: Hədəfdəyəm

25.10.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlətçiliyimizə qənim kəsilmiş radikal müxalifət və müəyyən maraqlı dairələr məni susdurmaq üçün çeşid-çeşid üsullara əl atır.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov barəsində sosial mediada gedən yazılara aydınlıq gətirərkən deyib.
“Bu qüvvələr məni hədəf alaraq ən müxtəlif iftiralar uydurur və ya yenilərini “icad” edir. İndi də “qız”ımı tapıblar. Onu danışdırırlar. Siz nə qədər miskinsiniz. Ancaq bilin və unutmayın: siz radikallarla sonadək varam. Məni fiziki aradan götürə bilərsiniz, lakin əqidəmdən döndərə bilməzsiniz”, - deputat qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью