Deputat Elnarə Akimova vətəndaş qəbulu keçirəcək

05.03.2025

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Elnarə Akimova növbəti dəfə vətəndaş qəbulu keçirəcək.

”Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.

Deputat bildirib ki, martın 6-da saat 12:00-da YAP Sumqayıt şəhər təşkilatında vətəndaş qəbulu olacaq.

Qəbul zamanı millət vəkili seçicilərinin problem və qayğıları ilə maraqlanacaq, onların şikayətlərini dinləyəcək.

Qəbul ilə bağlı 070-220-05-77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью