Deputat Elnarə Akimova vətəndaş qəbulu keçirib

14.11.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı Elnarə Akimova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Deputatın ofisindən Gununsesi.info-ya verilən məlumata görə, görüş zamanı vətəndaşların sosial məsələlər, mənzil problemləri və gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər ətrafında geniş müzakirələr aparılıb. Deputat hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələləri operativ şəkildə aidiyyəti dövlət qurumlarının nəzarətinə çatdırmaq üçün müvafiq tapşırıqlar verib.

Elnarə Akimova bildirib ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların qayğı və ehtiyaclarına həssas yanaşma göstərilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. O, qaldırılan problemlərin həlli istiqamətində mümkün addımların atılacağını vurğulayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью