Deputat: “Ən böyük şəhid Rəsulzadədir”

19.08.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şəhidlik tanıtımı ilə bağlı cahil kütlənin dəyərləndirməsini anlamaq olar. Əsrlərdir deyiblər, əzbərləyiblər, indi də baba-nənələri kimi nəvələri də bu əzbərləri pozmurlar. Düşüncə azadlığı yoxdursa, nəyi pozacaqlar? Ancaq bəzi yazar, ictimai xadim və ya siyasi kimlik olaraq özünü tələffüz edən şəxslərin Azərbaycan cəmiyyəti üçün tarixi-dinimifoloji zəmində şəhidlik tanıtımı tamamilə cahillikdən qaynaqlanır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. 

O bildirib ki, özünə qürurla Azərbaycan vətəndaşı deyən şəxs üçün ən böyük şəhid Məhəmməd Əmin Rəsulzadədir: 

“Özünə qürurla Azərbaycan vətəndaşı deyən şəxs üçün bu millət üçün dövlət qurmuş və ömrünü bu yolda fəda etmiş Məhəmməd Əmin Rəsulzadədir!”

Xatırladaq ki, bir neçə əcnəbi turistin Şəhidlər xiyabanında qeyri-etik video çəkib paylaşması şəhidlərə qarşı münasibət mövzusunu daha da aktuallaşdırıb. Həmin turistlər barədə həbs ətimkan tədbiri seçilib.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью