Deputat: Erməni institutu yaradılmalıdır

02.12.2024

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bunu 20-25 əvvəl də deyirdim ki, erməni institutu yaratmaq lazımdır. Ermənilər adını başqa qoyublar, amma bizi öyrənirlər".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deputat Səyyad Salahlı deyib.

O bildirib ki, biz həyatımızın sonuna qədər yox, həyatın sonuna qədər erəminlərlə ədəbi, ideoloji müstəvidə üz-üzə gələcəyik: "Müharibədə rüsvaycasına məğlub olduqlarına baxmayaraq, ağlagəlməz ölkələrdən silah alıb yenidən revanş eləmək istəyirlər. Başqa dövlətlərin qızışdırması ilə Azərbaycana qalib gəlmək istəyirlər. Son 50 ildə hansı müsəlman ölkəsi müharibədə qalib gəlib? Belə bir fakt yoxdur. Bunu Azərbaycan etdi. Xristian dünyası bunu qəbul etmək istəmir".

Deputat qeyd edib ki, Qarabağ Universiteti kimi erməni institutu yaradılmalıdır: "Bunu gələcəyimiz naminə etməliyik. Biz bunları öyrənməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью