Deputat ƏSƏBİLƏŞDİ: Braziliya çayxanalarından komandalarımıza futbolçu yığırlar | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. "Məşqçi dəyişməklə milli düzəlmir. Xaricdən gətirilən məşqçilərə kalan pul verilir.
Amma nəticə yoxdur. Vaxtilə Berti Foqtsu komandadan uzaqlaşdırmaq istədilər, şantaj etdi, komandada qaldı.
Çünki uzaqlaşdırıldığı təqdirdə, böyük məbləğdə təzminat ödəməli idilər. İndi də Fernandu Santuşu çıxara bilməzlər, çünki müqavilə var".
Bu fikirləri Oxu.Az-a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının uğursuz nəticələrini tənqid edən "Qarabağ" klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbas deyib.
O bildirib ki, əvvəldən düşünmək lazım idi: "Azərbaycanın yerli məşqçilərindən faydalanmaq olardı: Tərlan Əhmədov, Rəşad Sadıqov və sair.
Qurban Qurbanova bir dəfə fürsət verdilər ki, "Qarabağ" komandasını buraxsın, "Xəzər Lənkəran"ın gününə düşsün.
Qurbanov komandanı atmadı, həmçinin ona millidə axıra kimi şans yaratmadılar.
Q.Qurbanov təzminat filan istəmədən hörmət edib millidən çıxdı. O, futbolçuların dilini bilirdi, oyunçuları tanıyırdı.
Tam oxu
Xəbəri oxu