Deputat Fransanın ABŞ dan iqtisadi asılılığını araşdıran komissiyası yaratmağı tələb edir

02.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 2 fevral, AZƏRTAC

“Əyilməz Fransa” partiyasının koordinatoru Manuel Bompar Fransanın ABŞ-dan iqtisadi asılılığı mövzusunda parlament araşdırma komissiyasının yaradılmasını tələb edib. Onun sözlərinə görə, təşəbbüs ölkənin üzləşdiyi iqtisadi asılılıqların səbəblərini araşdırmaq və bu asılılıqlardan mərhələli şəkildə qurtulmaq üçün zəruri addımları müəyyənləşdirmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, M. Bompar bu haqda yerli media qurumlarına verdiyi müsahibədə bildirib. “Əgər bir ölkə müstəqil deyilsə, suveren ola bilməz”,-deyən deputat vurğulayıb ki, komissiya həm bu asılılıqlara səbəb olan qərarları, həm də iqtisadi müstəqilliyi gücləndirəcək mexanizmləri təhlil etməlidir.

Deputat strateji əhəmiyyət daşıyan şirkətlərin ABŞ qruplarına satılmasını tənqid edib. O, müdafiə sənayesi üçün soyutma sistemləri istehsal edən və subpodratçı kimi fəaliyyət göstərən “LMB Aerospace” şirkətinin ABŞ qrupuna satılmasını nümunə göstərib. Bomparın fikrincə, strateji sektorlarla bağlı satışlar Fransa rəhbərliyinin “atlantikaçı korluq” nümayiş etdirdiyini göstərir.

Manuel Bompar iqtisadi asılılığın siyasi nəticələrinə də diqqət yönəldib.

“Əyilməz Fransa” partiyasının deputatlarının yaxın günlərdə Milli Assambleyada araşdırma komissiyasının yaradılması ilə bağlı təklif verəcəyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью