Deputat: “Fransanın imperiya xəyalları əks nəticələr doğura bilər”

14.07.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əgər Paris əvvəllər olduğu kimi hoqqabazlığa əl atmasa, gələn ilin fevralında keçiriləcək referendum nəticəsində Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Sahib Alıyev deyib.

Onun sözlərinə görə, bu, hələ əsl müstəqillik demək deyil və kanaklar onun üçün ötən əsrin 90-cı illərində azadlığa çıxan bir sıra xalqların təcrübələrini təkrarlamalı olacaqlar. 

"Və burada çox təəssüflə qeyd etməliyəm ki, imperiya sindromundan qurtara bilməyənlər ötən əsrin 90-cı illərinin əvvəlində müstəqillik qazanmış həmən ölkələri də sanki Yeni Kaledoniyaymışlar kimi hələ də xüsusi statuslu dövlət gözündə görürlər. Bu baxımda, məncə, Azərbaycanın atdığı addımlar, Laçındakı üçlü görüş, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən Zirvəsi və həmin Zirvə başa çatar-çatmaz Əbu-Dabidəki ikitərəfli, tamformatlı Azərbaycan-Ermənistan danışıqları onlar üçün bir xəbərdarlıq olmalıdır ki, imperiyanı bərpa haqda hətta xəyala dalmaq özü belə zərərli və əks perspektivlidir".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью