Deputat göyərçinləri yemləyənləri cərimələməyi təklif edib

07.11.2024

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Millət vəkili Sahib Alıyev göyərçinləri yemləyənlərin cərimələnməsini təklif edib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, deputat bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
O bunu quşların infeksiya daşıması ilə əlaqələndirib.
Həmkarı Qüdrət Həsənquliyev isə bu təklifə etiraz edib:
“Mən və ailə üzvlərim həyətdə 15 pişik saxlayırıq, onlara yemək veririk və bir çoxunu peyvənd etdiririk. O quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью