Deputat güllələnib ÖLDÜRÜLDÜ ŞOK detal üzə çıxdı

01.05.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Keniyanın Kasipul bölgəsini təmsil edən deputat Çarlz Onqondo Vere Nayrobidə güllələnərək öldürülüb.

News24.az musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın yolayrıclarından birində baş verib.

Şahidlər iki motosikletli şəxsin hücum etdiyini bildirir. Onlardan biri Vereyə yaxın məsafədən atəş açıb və hər iki şəxs hadisə yerindən qaçıb. Deputatın sürücüsü xəsarət almayıb. Polis hadisəyə müdaxilə etsə də, hücumçuları saxlaya bilməyib. Vere xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Cinayətin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, deputat iki ay əvvəl həyatının təhlükədə olduğunu demişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью