Deputat həm seçicilər, həm də şagirdlərlə görüş keçirdi

26.11.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 26-da Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunda vətəndaşlarla görüş keçirib.

Modern.az xəbər verir ki, deputat seçiciləri ilə növbəti qəbulunu Səməndər Musayev adına Uzunboyad kənd tam orta məktəbində təşkil edib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib.

Daha sonra məktəbin şagird kollektivi ilə görüşən Mahir Süleymanlı onlarla fikir mübadiləsi aparıb. Deputat şagirdlərin təhsilə münasibəti, gələcək hədəfləri və maraq dairələri ilə maraqlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью