Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır

16.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 sentyabr, AZƏRTAC

Auditorlar Palatası kölgə iqtisadiyyatının azaldılması, maliyyə intizamının möhkəmləndirilməsi üçün uzun illər çox məhsuldar fəaliyyət göstərib. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan Auditorlar Palatası dünyanın çoxsaylı ölkələri ilə əməkdaşlıq edir, beynəlxalq konfranslarda Azərbaycan Auditorlar Palatası həmişə Azərbaycan həqiqətlərini də onlara çatdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, qalib ölkənin şəffaf fəaliyyət institutları yaradılmalıdır.

“Şəffaflığı da təmin edən əsas alətlərdən biri auditdir, yoxlamalardır. Biz auditi, mühasibatlığı iqtisad elminin bir istiqaməti kimi qiymətləndirməliyik. Ən böyük məsələ ondan ibarətdir ki, hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır. Qloballaşma şəraitində hər bir şeyi ümumiləşdirmək olmaz, hər bir dövlətin müstəqilliyini qorumaq üçün onun audit məktəbi yaradılmalıdır və bu auditor xidmətinə də peşəkar ixtisasçılar cəlb olunmalıdır", - deyə Z.Səmədzadə əlavə edib.

Foto - Azər İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью