Deputat: “Hər kəs özünü Ali Baş komandanın əsgəri hesab edirdi” | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“44 günlük Vətən müharibəsində Azərbaycan dövləti, xalqı və ordusu öz iradəsini ortaya qoydu”.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində əhəmiyyətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı işğalçıya və onun havadarlarına boyun əymədi.
“Bizə müxtəlif tərəflərdən, xüsusilə müəyyən güc mərkəzlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər olurdu.
Bizi mövcud reallıqla barışmağa, itirilmiş torpaqların ermənilərin xeyrinə rəsmiləşdirilməsinə razılıq verməyə məcbur edirdilər.
Amma Azərbaycan dövləti, Azərbaycan xalqı heç kimə boyun əymədi və qətiyyətli əzmini ortaya qoydu.
İki yüz il ərzində ilk hal idi ki, heç bir torpağımızı vermədik, əksinə torpaqlarımızı işğaldan azad etdik.
Tam oxu
Xəbəri oxu