Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Ulu Öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi".
Bunu millət vəkili Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Ümummilli Lider ölkəni xaos vəziyyətindən çıxarıb:
"Ulu öndər ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu. Bütün sahələrdə dinamik inkişaf tendensiyasının əsası qoyuldu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zamanın dühası Heydər Əliyevə görə əbədi olaraq minnətdardır".
Parlament üzvü vurğulayıb ki, təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşqun yüksəliş illəri milli intibah dövrüdür:
"Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr, yəni 1969-82-ci illər, həm də 1993-2003-cü illər bir-birindən zaman və ictimai-siyasi proseslər baxımından fərqlənsə də, zəmanəmizin dühası Heydər Əliyevin xalqımıza, vətənə xidməti, Ulu Öndərin hər iki mərhələdə qazandığı böyük uğurlar baxımından oxşardır".
Aydın Baxış