Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
“Hindistan Azərbaycan və Pakistanın dostluq və əməkdaşlıq münasibətlərinə qısqanc yanaşır, bizim regionda mənfi fəaliyyəti ilə seçilir.
Hindistan Ermənistana silah satmaqla Cənubi Qafqazda gərginlik yaranmasında maraqlı tərəf kimi çıxış edir.
Bundan başqa, Hindistan İranla əməkdaşlıq edir və bu formada tarixi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır”.Bunu “Reytinq” qəzetinə müsahibəsində Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını blokladığına dair gəzən söz-söhbətləri şərh edərkən deyib.A.
Mollazadə qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında kommunikasiya qurur və bu işdə böyük addımlar atır.
Dünya nəhəngi olan Çin dövləti də Azərbaycanın bu təşəbbüslərini dəstəkləyir.
“Hazırda Azərbaycan və Çin arasında çoxşaxəli əməkdaşlıq formatı yaranıb və inkişaf edir. Sözsüz ki, Hindistan bu prosesə qarşıdır.
Ancaq mən hesab edirəm ki, Hindistanın bu istiqamətdə fəaliyyəti uğursuzluğa düçür olacaq”,- deyə deputat əlavə edib.