Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Buradan bir daha hökumətə çağırış edirəm ki, quru sərhədlər açılsın”.
“Cebheinfo.az” xəbər verir ki, bu çağırışla parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
Deputat qeyd edib ki, ölkədə təhlükəsilik ən yüksək səviyyədə qorunur:
“Milli, dövlət o cümlədən digər təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunur. Hesab edirəm ki, bu mənada ölkədə heç bir təhlükə yoxdur. Bunu nəzərə alaraq hökumətə bir daha çağırış edirəm ki, quru sərhədlərin açılmasına yenidən baxılsın”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin