Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

21.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu il İmişli rayonun Qaradonlu kənd tam orta məktəbinin yaradılmasının 120 ili tamam olur. S.Aran deputat seçildiyi rayonda yerləşən adışəkilən təhsil ocağının yubileyinin qeyd olunmasını istəyir.

“Zəng elədim, cavab vermədi. Axı, sənin köməkçin, ya da sən bu 4 nömrəli telefon var. İşin çoxdu, köməkçin cavab versin. Və maraqlan, deputat sənə zəng eləyir də, hansısa Qasım, Həsən, Hüseyn yox. Görün, Səxavət müəllimə zəng eləyirsiniz. Nə məsələdir? Deyin ki, nə məsələdir. 2 ay, 3 ay, 4 aydır cavab vermir e! Nə köməkçisi cavab verir, nə də özü”, - o bildirib. 

Deputat eyni zamanda bəzi məktəblərdə direktorların olmaması ilə bağlı məsələyə toxunub.
“Ölkədə bir çox məktəblərdə direktorlar yoxdur. Direktor olmadan necə keyfiyyətli dərs keçmək olar?”, - S.Aran vurğulayıb. 

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью