Deputat: İslahatlar daha çox inkişaf və gəlir deməkdir

13.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində kadr və struktur islahatlarına toxunaraq əsas hədəfin qədim diyarın daim inkişaf etməsi, insanların rahat, təhlükəsizlik şəraitdə və firavan yaşaması olduğunu bildirib".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, Naxçıvanda son illər həyata keçirilən islahatlar muxtar respublikanın büdcə gəlirlərinə də təsirsiz ötüşməyib: 

"Naxçıvan büdcəsindəki şaxələnmə büdcə gəlirlərinin dayanıqlığını artırıb.

Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq. Naxçıvanın 2026-cı il büdcəsinin gəlirləri 483 milyon 178 min manat, xərcləri isə 483 milyon 178 min manat məbləğində təsdiq edilib. Muxtar respublikanın builki büdcə gəlirləri 2025-ci ilə nisbətən 31 faiz çox olacaq. 

Bununla yanaşı, ən vacib məqam 2026-cı il üzrə büdcə gəlirlərinin ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələməsidir. 2026-cı ilədək dövlət büdcəsindən dotasiyanın məbləği hər zaman yerli mənbələrdən yığılan gəlirlərdən çox olub. Fiskal baxımdan 2026-cı ildə Naxçıvan yeni bir ilk qeydə alınacaq.

Bu il muxtar respublikanın büdcə gəlirlərində daxili mənbələrin payı 271 milyon 550 min manat olacaq. Dövlət büdcəsindən daxil olan dotasiya isə 211 milyon 628 min manat nəzərdə tutulub". 

Bu, o deməkdir ki, 2026-cı ildə yerli  mənbələrdən əldə edilən vəsait dövlət büdcəsindən ayrılacaq dotasiyanı 60 milyon manat üstələyir:

"Naxçıvanda islahatların dərinləşməsi növbəti illərdə fiskal dayanıqlığı daha da gücləndirəcək. İslahatlar daha çox iqtisadi inkişaf və büdcə gəlirləri deməkdir". 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью