Deputat: “Kərkükə hücum adi məsələ deyil”

12.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İraq Türkmən Cəbhəsinin (İTM) Kərkükdən olan millət vəkili Ərşat Salihi Kərkük şəhər mərkəzi yaxınlığında baş verən raket hücumundan danışıb. 

O, bunun "təhlükəli bir inkişaf" olduğunu bildirib. Deputat  daha sonra əlavə edib: 

"Onlar İraqı qeyri-müəyyən nəticə ilə bu müharibəyə cəlb etmək istəyirlər".

Salihi bildirib ki, bölgədə artan hücum və yayılma təhlükənin daha da ciddiləşdiyinin göstəricisidir.

Onun sözlərinə görə, müxtəlif etnik qrupların yaşadığı və neftlə zəngin olan Kərkük şəhərinə edilən hücum adi bir hadisə deyil.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью