Deputat maaşı qane edirmi? Elman Nəsirovdan cavab

29.05.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

"Aldığımız 9 min manat vergiyə cəlb olunmamış hissədir. Seçicilərimiz içərisində maddi durumları ilə bağlı məsələlər olur. İmkan daxilində bu baxımdan da seçicilərimə dəstək oluram"

 Bu sözləri deputat Elman Nəsirov "Sitat.info"nun deputat maaşı ilə bağlı sualını cavablandırarkən deyib. 

O bildirib ki, nəfsitox insandır və ehtiyacı olanlara dəstək olur:

"Məşhur bir deyim var: Xoşbəxt o insandır ki, ona malik olduğu kifayət edir. Mən nəfsitox insanam. Çalışıram ehtiyacı olan insanlara dəstək olum".

Qeyd edək ki, deputat maaşları ilə bağlı son böyük artım 2026-cı ilin martında təsdiqlənib. Deputatların maaşı 7455 manatdan 9000 manata qaldırılıb.

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью