Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
"Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa minimum əməkhaqqı 655 manat olmalıdır".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir:
"Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”.
Mürtəza