Deputat Mahir Süleymanlı Şabranda birinci sinif şagirdləri ilə görüşüb

17.09.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

17 sentyabr tarixində Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran şəhər Roman Yusifov adına 2 nömrəli məktəb-liseydə yeni tədris ilinin başlanması münasibətilə birinci sinif şagirdləri ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüş zamanı deputat təhsil müəssisəsində mövcud vəziyyətlə yerində tanış olub, müəllim və şagirdlərin müraciət və təkliflərini dinləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью