Deputat Mahir Süleymanlı seçicilərlə görüşüb

25.01.2025

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Yanvarın 25-də Şabran rayonunun Gəndov kəndində seçicilərlə növbəti vətəndaş qəbulu keçirdik.
Görüş zamanı sakinlər, əsasən sosial problemlər, məşğulluq, kənd yollarının təmiri, su və qaz təchizatı kimi gündəlik həyat üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı müraciətlər ünvanladılar.
Səlahiyyətlərimiz çərçivəsində həlli mümkün olan məsələlərin bir qismini yerindəcə aradan qaldırdıq. Digər müraciətləri isə aidiyyəti qurumlara yönləndirərək həlli prosesini nəzarətdə saxlayacağımızı vurğuladıq.
Bundan əlavə, şəhid, baş gizir Füzuli Salahovun anası Sevda Salahovanı ziyarət edib, qayğı və ehtiyacları ilə yaxından maraqlandıq.

Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью