Deputat Məşhədə gedəcək

01.12.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 2-də bu təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün İran İslam Respublikasının Məşhəd şəhərinə səfər edəcək.   
Modern.az xəbər verir ki, Millət vəkili səfər çərçivəsində “Demokratiya yolu ilə harmonik inkişaf”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması” və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək. Deputatımızın iclasda çıxışı nəzərdə tutulub.
Səfər dekabrın 6-da başa çatacaq.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью