Deputat məşhur seriala çəkildi

30.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nijni Novqorod Şəhər Dumasının deputatı İvan Kornienko məşhur Rusiya kriminal-detektiv serialı "Nevski"nin səkkizinci mövsümündə rol alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə çəkiliş meydançasından paylaşım edib.

"Bu dəfə böyük və təsirli bir layihənin bir hissəsi olmaq mənə nəsib oldu. Bu, bütün ailəmlə birlikdə izlədiyim və çox sevdiyim bir serialdır. Süjeti isə həqiqətən də çox maraqlıdır. Həmişə serialda, xüsusilə də sevdiyim bir serialda rol almağı arzulamışam. Kastinq elan ediləndə layihənin səhifəsini izləyirdim. Ərizə doldurdum və bir müddət sonra çəkilişə dəvət olundum", - deyə Kornienko bildirib.

Nijni Novqorodlu deputat aktyorluq sahəsində özünü sınamaqdan məmnun olduğunu etiraf edib, lakin serialda konkret olaraq hansı obrazı canlandırdığını açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью