Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"Dava çıxarmaq və davada birbaşa iştirak etmək istəyənlər boks rinqinə çıxa bilərlər".
"Cebheinfo.az" xəbər verir ki, bunu oktyabrın 7-də hakim “Mülki Müqavilə” Partiyasının deputatı Lüdviq Gülnazaryan parlamentdə iqtidar və müxalifət deputatları arasında dünənki toqquşmanı şərh edərkən deyib.
"Mən özüm də idmanla məşğul oluram. İdmançı olduğum üçün məşqçi dostlarım var. Onlardan rinq vermələrini xahiş edə bilərik. Arzu edənlər gəlib iştirak edə bilərlər", - deputat zarafatla deyib.
O, jurnalistləri də döyüşləri işıqlandırmaq üçün dəvət edib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin