Deputat: Müxtəlif sahələrə həsr edilən illərimiz Azərbaycan dövlətçiliyi tarixində yeni ənənədir

02.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2007-ci ildə etibarən Prezident İlham Əliyevin sərəncamı ilə müxtəlif sahələrə həsr edilən illərimiz Azərbaycan dövlətçiliyi tarixində yeni ənənədir. Dövlət təfəkkürünün daha dərin qatlara nüfuz etməsi baxımından parlaq siyasi taktikadır”.

APA xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, xalq bütövlükdə Nizami ili, Nəsimi ili, multikulturalizm ili, yaxud Cümhuriyyət İli, Şuşa İli, Heydər Əliyev İli çərçivəsində həmrəylik düşüncəsinə kökləndi ki, vəhdət anlayışının bundan Ali səviyyəsini təsəvvür etmək mümkün deyil: “Əslində, bütün bu illərə rəmzi səciyyə verməklə Prezident İlham Əliyev Vətənin milli birlik düsturunu yaradır. Və bu, qədim tarixə malik olan Azərbaycanın həyatında heç analoqu olmayan işıq dolu səhifələrdir”.

Elnarə Akimova Gənclər Günü ilə bildirib ki, onlarla bağlı çox işlər gerçəkləşir: “Amma onlara ötürülən ən böyük mənəvi miras mədəniyyətlə bağlı gerçəkləşən işlərdir. Çünki bu tikilən abidələrin çölündə yox, içində ehtiva və təmsil etdiyi adlarda milli-əxlaqi dəyərlər və bədii-estetik sərvətlər yaşayır, xalqın min illik tarixi təcrübəsi, ibrət və hikmət dünyası yaşayır. Və ona görə qorunur ki, formalaşan gənclərə sağlam bir gələcək ərməğan edilsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью