Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yüzlərlə, hətta minlərlə ailə bəzi MTK-ların məsuliyyətsiz davranışları səbəbindən yarımçıq qalan mənzillərin əsiri vəziyyətinə düşüb və hazırkı qanunvericilik vətəndaşların hüquqlarını tam şəkildə qorumağa qadir deyil".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Razi Nurullayev bildirdi.
Onun sözlərinə görə, MTK-ların fəaliyyətinə bank zəmanəti və ya sığorta təminatının tətbiqi, vətəndaş vəsaitlərinin xüsusi nəzarətli depozit hesablarında saxlanılması, rəhbər şəxslərin şəxsi məsuliyyət daşıması, yüksək riskli şirkətlərin “qara siyahı”ya salınması və zərərçəkənlər üçün sürətli hüquqi mexanizmlərin yaradılması vacibdir.
Bu sahədə Mülki Məcəllə və Şəhərsalma və Tikinti Məcəlləsində kompleks dəyişikliklərin hazırlanıb qəbul olunması zəruridir".
Nuriyyə NATİQQIZI