Deputat parlamentdə Hövsanın problemlərindən danışıb

26.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hövsanda yeni xəstəxananın tikintisinə ehtiyac var”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Sevinc Fətəliyeva deyib.

Deputat qeyd edək ki, Hövsan qəsəbəsində polikilinakalar olsa da, əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək üçün yeni xəstəxananın tikilməsi vacibdir.

Sevinc Fətəliyeva Hövsan qəsəbəsində olan məktəblərdə şagird sıxlığının olduğunu bildirərək yeni tədris korpuslarının tikilməsini təklif edib.

Deputat eləcə də qəsəbədaxili yolların yenidən qurulmasının, kanalizasiya sisteminin bərpa olunmasının vacibliyini vurğulayıb.

Vilayət Muxtar

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью