Deputat parlamentin tualetində gecələdi

18.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belçikada sağçı “Flamand marağı” partiyasından olan deputat Frederik Erens Flandriya parlamentinin tualetində qapının kilidinin xarab olması səbəbindən 13 saat bağlı qalıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da baş verib. Erens parlamentdəki iclasdan sonra saat 17:00 radələrində tualet kabinəsinə daxil olub. Lakin qapının kilidi xarab olduğundan oradan çıxa bilməyib.

Deputatın sözlərinə görə, həmkarları onun qapını döyməsini eşitməyiblər. Çünki görüşdən sonra parlamenti tərk edərək evlərinə gediblər. Erens isə mobil telefonunu özü ilə götürməyib. Deputat yalnız səhər saat 06:00 radələrində, təmizlik işçisi tualetə daxil olduqdan sonra azad edilib. Məlumata görə, qapını açmaq üçün hərbi polis əməkdaşı lingdən istifadə edib.

Tualetdə gecə saatlarında kondisionerin işləməməsi səbəbindən havanın sürətlə azalması deputatın səhhətinə də təsir edib. Erens azad edildikdən sonra tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью